Operativ Məlumat Mərkəzi

Fevralda Azərbaycana gələn turistlərin sayı açıqlanıb

1 dəq
Paylaş:
Fevralda Azərbaycana gələn turistlərin sayı açıqlanıb
bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur. Belə ki, 2022-ci ilin fevralında ölkəyə gələnlər 76 376 nəfər təşkil edib. Ən çox turist...

Ötən ay ölkəyə 113 473 turist gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur. Belə ki, 2022-ci ilin fevralında ölkəyə gələnlər 76 376 nəfər təşkil edib.

Ən çox turist Rusiya (35 067), Türkiyə (23 714), İran (10 228), Gürcüstan (6584), Hindistan (4653) və Pakistandan (3864) gəlib.

2019-cu ilin müvafiq dövrü ilə müqayisə etdikdə bu ilin fevralında Türkiyə (6 faiz), Cənubi Asiya (33 faiz), Cənub Şərqi Asiya (44 faiz) və Afrikadan (21 faiz) gələnlərin sayında artım müşahidə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər