Əsas məzmuna keç

Fevral ayının ilk öngünlüyündə temperatur iqlim normasından 14 dərəcə yüksək olub

Fevral ayının ilk öngünlüyündə temperatur iqlim normasından 14 dərəcə yüksək olub

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov fevralın ilk ongünlüyündə Bakıda və yarımadasında 22-24, rayonlarda isə 22 dərəcəyədək isti qeydə alındığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, xidmət rəisi buna səbəb kimi sinoptik şəraitlə əlaqədar cənub istiqamətli isti hava axınının ölkə ərazisinə daxil olmasını göstərib.

Onun sözlərinə görə, fevral ayının ilk ongünlüyündə ölkə ərazisində müşahidə olunan mülayim hava qışdan çox yaz fəslini xatırladıb: "Mülayim cənub istiqamətli küləklərin fonunda havanın temperaturu normasından 2-14 dərəcə yüksək olub. meteoroloji müşahidə məlumatları və təhlillər göstərir ki, ötən illərin fevral ayında da belə anomal isti müşahidə olunub. Bakıda və Abşeron yarımadasında ötən ilin eyni dövründə havanın temperaturu 21 dərəcə, 2021-ci ildə 22 dərəcə, 2020-ci ildə isə 25 dərəcəyədək yüksəldiyi qeydə alınıb".

Hava proqnozu

25° Bakıda indiBuludlu
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 26° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…