Operativ Məlumat Mərkəzi

"Fənərbağça" Moldova klubunu məğlub edib

1 dəq
Paylaş:
"Fənərbağça" Moldova klubunu məğlub edib
İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Moldova "Zimbru"sunu qəbul edib. "Ülker" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin...

Türkiyə "Fənərbağça"sı UEFA Konfrans Liqasında mübarizəyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İstanbul təmsilçisi II təsnifat mərhələsinin ilk oyununda Moldova "Zimbru"sunu qəbul edib.

"Ülker" stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 5:0 hesablı darmadağını ilə başa çatıb.

İlk qolu 11-ci dəqiqədə Ferdi Kadıoğlu vurub. Cəmi 3 dəqiqə sonra Rayan Kent ikinci topu rəqibin qapısından keçirib. 61-ci dəqiqədə Edin Dzeko qonaqları üçüncü dəfə meydanın mərkəzinə dəvət edib. 63-cü dəqiqədə Sebastian Şimanski fərqi bir az da artırıb. 88-ci dəqiqədə isə Coşua Kinq yekun hesabı müəyyənləşdirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər