Əsas məzmuna keç

Faktiki hava açıqlanıb - 28.12.2023

Faktiki hava açıqlanıb - 28.12.2023

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli müşahidə olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Xidmətdən bildirilib.

Şimal-qərb küləyinin maksimal sürəti arabir Şəkidə 32 m/s, Mingəçevirdə 27 m/s, Naftalanda 24 m/s, İsmayıllıda 22 m/s, Neftçala, Zaqatala, Qax, Tovuzda 20 m/s, Şirvan, Yevlaxda 19 m/s, Oğuz, Gəncədə 18 m/s, Tərtər, Gədəbəy, Şəmkirdə 16 m/s, Kəlvəzdə 15 m/s-dək güclənib, Bakıda və yarımadasında isə 18 m/s-dək zəifləyib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb.

Bakıda və Abşeron yarımadasında, Şabran, Lənkəran, Astarada , Şəki, Qobustan, Altıağac, Şamaxı, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır.

Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 14 dərəcəyədək isti, Aran rayonlarında 14-18 dərəcə isti, rayonlarda 2-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…