Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
14.12.2023 10:29
Aa
dəq

Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 10:00-a olan məlumata görə, düşən yağıntının miqdarı Oğuzda 22 mm, Qəbələdə 21 mm, Göyçay, Mingəçevirdə 20 mm, Kürdəmir, Balakəndə 19 mm, Biləsuvar, Şəkidə 18 mm, Qax (Sarıbaş), Neftçala, Yevlax, Gədəbəydə 16 mm, Zaqatala, Qobustanda 15 mm, Şərurda 14 mm, Lənkəranda 13 mm, Astara, Sabirabad, Naxçıvan, Ordubadda 12 mm, Lerik, İmişlidə 11 mm, Zərdabda 10 mm, Gəncə, Göytəpə, Tərtər, Yardımlı, Şahbuzda 9 mm, Göygöl, Ağdam, Beyləqan, Culfa, Sədərək, Şabran, Şahdağ, Xaltan, Bərdə, Cəfərxan, Qrız, Qusar, Şamaxı, Altıağac, Ceyrançöl, Ağstafa, İsmayıllı, Şəmkir, Naftalanda 7mm-dək olub.

Bakı və Abşeron yarımadasına gəlincə, Sumqayıtda 11 mm, Bakı, Maştağa, Pirallahıda 10 m, Binədə 7 mm-dək olub.

Əlibəydə (Zaqatala) 24 sm, Daşkəsəndə 9 sm, Gədəbəy, Şahdağda 5 sm, Qrızda 1 sm qar örtüyü əmələ gəlib.

Naftalan, Gəncə, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Şahdağ, Yevlax, Göyçay, Beyləqan, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Xaltan, Lerik, Sumqayıt, Çilov adasında duman müşahidə olunub.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 2-6 dərəcə şaxta olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin dekabrın 14-ü axşamadək davam edəcək, 15-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Həftənin ən çox oxunanları

Sentyabrda temperatur normadan yüksək olub

Sentyabrda temperatur normadan yüksək olub
DAVAMIN OXU davamın oxu

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ

Hava ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
DAVAMIN OXU davamın oxu

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Sentyabrın 24-ü gündüzdən 27-dək... - ƏHALİYƏ XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA

Bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
DAVAMIN OXU davamın oxu

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
DAVAMIN OXU davamın oxu