Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
22.06.2023 19:52
Aa
dəq

Milli Hidrometeorologiya Xidmətinin iyunun 22-si saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Şahbuz, Gədəbəy, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qax, Zaqatala, Şəki, Şamaxı, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, ayrı ayrı yerlərdə yağıntılar intensiv və güclü olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

İyunun 22-də yağan leysan yağışlar nəticəsində Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçay və Gəncəçaydan, Tovuz rayonu ərazisindən axan Zəyəmçaydan, Goranboy rayonu ərazisindən axan Gorançaydan və Zaqatala rayonu ərazisindən axan Talaçaydan sel keçib və hazırda davam edir.

Həftənin ən çox oxunanları