Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlandı

1 dəq
Paylaş:
Faktiki hava açıqlandı

Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 10:00-a olan məlumatına əsasən, Naxçıvan Muxtar respublikasında (MR) və dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Xaçmaz, Neftçalada duman müşahidə olunub. Daşkəsəndə qərb küləyi əsib, arabir 15-20 m/s-dək güclənib.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək isti, Aran rayonlarında 3 dərəcə şaxtadan 3 dərəcəyədək isti qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər