Operativ Məlumat Mərkəzi

Everest alpinistləri üçün GPS məcburi edilib

1 dəq
Paylaş:
Everest alpinistləri üçün GPS məcburi edilib
bu barədə xarici KİV məlumat yayıb. Belə ki, Nepal səlahiyyətliləri alpinistlərin elektrik enerjisi tələb etməyən və gödəkçələrinin içərisində daşına...

Everest zirvəsinə qalxan alpinistlərin yollarını itirmələrinin və ya uçqun nəticəsində həyatını itirmələrinin qarşısını almaq üçün Nepal hakimiyyəti alpinistlər üçün GPS izləmə cihazlarını məcburi edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Belə ki, Nepal səlahiyyətliləri alpinistlərin elektrik enerjisi tələb etməyən və gödəkçələrinin içərisində daşına bilən kiçik, GPS izləmə cihazı daşımalı olduğuna qərar verib.

Qarda 20 metrə qədər təsbit edilə bilən cihazlar sayəsində can itkisinin qarşısının alınması hədəflənir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər