Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aİ İrana qarşı sanksiyaları davam etdirəcək

2 dəq
Paylaş:
Aİ İrana qarşı sanksiyaları davam etdirəcək

"Avropa İttifaqı İran hökumətinin hərəkətlərinə cavab olaraq Tehrana qarşı sanksiyaları davam etdirəcək".

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici İşlər və Siyasəti üzrə Ali Nümayəndəsi Kaya deyib.

“İran hökumətinin hərəkətlərinə cavab olaraq Aİ genişmiqyaslı tətbiq edib. Biz Avropa İttifaqının təhlükəsizliyini və maraqlarını qorumağa, o cümlədən əlavə sanksiyalar vasitəsilə davam edəcəyik”, -o qeyd edib.

Bildirilir ki, Aİ İrana nüvə proqramını dayandırmağa, ballistik raket proqramını məhdudlaşdırmağa, regionda və Avropada sabitliyi pozan fəaliyyətlərdən çəkinməyə, həmçinin öz xalqına qarşı dəhşətli zorakılıq və repressiyalara son qoymağa çağırır.

Kallas əlavə edib ki, Avropa İttifaqı gərginliyin azaldılması və İranda nüvə silahının əldə edilməsinin qarşısını alan davamlı həll yollarının tapılması üçün bütün diplomatik səylərə töhfəsini verməyə davam edəcək.

Açıqlamada həmçinin İrana Atom Enerjisi Agentliyi ilə etməsi və Hörmüz boğazı kimi əsas su yollarında pozuntuların qarşısını alması çağırışı yer alıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax