Operativ Məlumat Mərkəzi

Estoniya rusiyalı diplomatdan ölkəni tərk etməsini tələb etdi

1 dəq
Paylaş:
Estoniya rusiyalı diplomatdan ölkəni tərk etməsini tələb etdi
bununla bağlı xarici KİV məlumat yayıb. "Estoniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının işlər üzrə müvəqqəti nümayəndəsini nazirliyə çağıraraq...

Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın Tallindəki səfirliyində çalışan bir diplomatı "persona non grata" elan edib və ölkəni tərk etməsini tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Estoniya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının işlər üzrə müvəqqəti nümayəndəsini nazirliyə çağıraraq ona Rusiyanın Estoniyadakı səfirliyinin birinci katibinin arzuolunmaz şəxs elan edilməsi ilə bağlı diplomatik nota təqdim edib. Diplomat Estoniyanı tərk etməlidir", – XİN-in saytında yayımlanan bəyanatda bildirilib.

Xarici siyasət qurumunun iddiasına görə, diplomat Estoniyanın konstitusiya quruluşunu və hüquq sistemini sarsıtmaqda birbaşa iştirak edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər