Əsas məzmuna keç

Əsgərliyə getmək istəməyənlərə saxta sənədlər verdi

Əsgərliyə getmək istəməyənlərə saxta sənədlər verdi

bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Xəlilov Fuad...

Hərbi xidmətdən yayınmaq məqsədilə almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə verilməsi saxta arayışlar hazırlayan şəxsin əməlləri ifşa edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Xəlilov Fuad Elçin oğlu barəsində araşdırma aparılıb. Onun tərəfindən 2023-cü ildə müddətli hərbi xidmət keçməkdən yayınmalarına köməklik göstərilməsi məqsədilə 2 nəfər Qəbələ rayon sakininin guya Respublikasının Sakarya Universitetində təhsil almalarına dair saxta sənədlər hazırlaması və bunun müqabilində həmin şəxslərin valideynlərindən müxtəlif vaxtlarda ümumilikdə 6300 manat pul almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Baş İdarədə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə) və 320.1-ci (rəsmi sənədi qanunsuz hazırlama və satma) maddələri ilə başlanıb. İstintaqın aparılması üçün materiallar aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…