Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
14.09.2024 18:05
Aa
dəq

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Məlumata görə, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq", - məlumatda deyilir.

Həftənin ən çox oxunanları

Mingəçevirdə kişi döyülərək öldürülüb

Mingəçevirdə kişi döyülərək öldürülüb
DAVAMIN OXU davamın oxu

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar

Yardımlıda narkokuryerlikdə şübhəli bilinən qohumlar saxlanılıblar
DAVAMIN OXU davamın oxu

Azərbaycanda əlil qızına təcavüz edən ata HƏBS EDİLDİ - TƏFƏRRÜATLAR

Azərbaycanda əlil qızına təcavüz edən ata HƏBS EDİLDİ - TƏFƏRRÜATLAR
DAVAMIN OXU davamın oxu

Separatçıların həbs müddəti uzadıldı

Separatçıların həbs müddəti uzadıldı
DAVAMIN OXU davamın oxu

Baş Prokurorluq Əhmədlə bağlı XƏBƏR YAYDI

Baş Prokurorluq Əhmədlə bağlı XƏBƏR YAYDI
DAVAMIN OXU davamın oxu