Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Aİ Gürcüstandan Rusiya ilə uçuşları dayandırmağı tələb edir

2 dəq
Paylaş:
Aİ Gürcüstandan Rusiya ilə uçuşları dayandırmağı tələb edir

Avropa İttifaqı rəhbərliyi Gürcüstandan ilə hava nəqliyyatının dayandırılmasını tələb edir.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Kalugin TASS agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Tbilisidən Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmağı, embarqosu tətbiq etməyi və hava əlaqələri də daxil olmaqla münasibətlərini dayandırmağı tələb edir.

Mixail Kalugin qeyd edib ki, Avropa İttifaqı Gürcüstanın Moskva ilə münasibətlərinə daha sərt yanaşmasını istəyir və bu istiqamətdə siyasi təzyiqlər davam edir.

Xatırladaq ki, 10 may 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin 2019-cu ilin iyun ayından qüvvədə olan Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşlarına qoyulan qadağanı ləğv edib.

Bununla yanaşı, Rusiyaya səfər edən Gürcüstan vətəndaşları üçün vizasız rejim də bərpa olunub.

Analitiklər hesab edirlər ki, Tbilisinin Rusiya ilə əlaqələri qorumaq istəyi ilə Avropa İttifaqına inteqrasiya kursu arasında balans yaratmaq cəhdi regionda siyasi gərginliyi artırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax