Ukrayna Avropa Komissiyasından növbəti maliyyə dəstəyini alıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki paylaşımında 3,47 milyard avro məbləğində vəsaitin rəsmi Kiyevin hesabına köçürüldüyünü açıqlayıb.
Fon der Lyayen bildirib ki, ayrılan maliyyə vəsaiti Ukraynanın təhlükəsizliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
"Bu vəsaitlərin ayrılması ilə biz Ukraynaya öz səmasını qorumağa və xalqını müdafiə etməyə kömək edirik", – deyə o qeyd edib.
Avropa Komissiyasının sədri əlavə edib ki, Avropa İttifaqı ilə Ukrayna arasında sənaye sahəsində əməkdaşlıq da genişlənir. Onun sözlərinə görə, tərəflər Avropanın sənaye imkanlarını Ukraynanın innovativ potensialı ilə birləşdirərək birgə layihələri inkişaf etdirməyi planlaşdırırlar.
Xatırladaq ki, Avropa İttifaqı daha əvvəl Ukraynaya ümumilikdə 8,3 milyard avro həcmində maliyyə yardımı ayıracağını bəyan etmişdi.
Qeyd olunub ki, vəsaitin tam həcmdə ayrılması üçün Ukrayna ilin sonunadək hüququn aliliyi və korrupsiyaya qarşı mübarizə sahələrində islahatları davam etdirməlidir.