Əsas məzmuna keç

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəliblər

"Sülh Körpüsü" çərçivəsində İrəvan heyəti quru sərhədindən ölkəmizə daxil olub. Vaşinqton sammiti və delimitasiya müzakirələrinin mühüm təfərrüatları xəbərimizdə.

en ru

" Körpüsü" Təşəbbüsü və vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Aprelin 10–12-də Azərbaycanda "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirmi masa keçiriləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu dəfə erməni Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib.

Qeyd edək ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır.

Görüşün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, "Sülh Körpüsü" Təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir.

Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…