"Ermənistanın təxribatlarının heç biri cavabsız qalmayacaq" - Ekspertdən sərt AÇIQLAMA

"Ermənistanın təxribatlarının heç biri cavabsız qalmayacaq" - Ekspertdən sərt AÇIQLAMA
29.07.2024 12:37
Aa
dəq

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter iyulun 25-i və 28-i müvafiq olaraq Azərbaycan Ordusunun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Laçın rayonu istiqamətindəki mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-yə açıqlama verən hərbi-siyasi ekspert Ədalət Verdiyevin sözlərinə görə, təxribatlar, Ermənistan hərbi-siyasi rəhbərliyinin məlum davranışları sülh müqaviləsinin imzalanmasını mümkünsüz edir:

"Çünki Ermənistan tərəfi ATƏT-in Minsk qrupundan imtina etmək, konstitusiyada dəyişikliklər məsələsini və Azərbaycanın işğal altında qalan eksklav kəndlərinin qaytarılması məsələsini həll etmək və Naxçıvana Azərbaycanın maneəsiz dəhlizinin açılmasına aydınlıq gətirmək əvəzinə, Azərbaycana qarşı kifayət qədər təxribatlara yol verir ki, bu da tez ya gec Azərbaycan tərəfinin səbrini daşırmağa və Azərbaycanı daha təsirli və adekvat addımlar atmağa məcbur edir. Ermənistan və onu hərbi, siyasi və maliyyə cəhətdən dəstəkləyən ABŞ və Avropa təşkilatları bilməlidirlər ki, bu təxribatların heç biri cavabsız və cəzasız qalmayacaq”.

Ədalət Verdiyev vurğulayıb ki, Azərbaycan təmkinli və səbrlidir, amma hər bir təmkinin və səbrin də bəlli bir sərhədi, bəlli bir miqyası var. Bizim səbrimizi daşırmağa cəhd göstərməsinlər, yoxsa biz Ermənistanı cəzalandırmaq üçün əlimizdə olan kifayət qədər geniş imkanlar və mexanizmlərdən istifadə edəcəyik.

“Ermənistan başına macəra axtarmasın, olub keçənlərdən özü üçün dərs çıxarsın”, - deyə hərbi ekspert sonlandırıb.

Aminə Nəzərova

Ədalət Verdiyev: Erməni terrorunun qurbanı olmuş azərbaycanlı  jurnalistlərin xatirəsi daim qəlbimizdə yaşayacaq - AZƏRTAC

Həftənin ən çox oxunanları

“Cadunun kimyəvi düsturu var, sosial şəbəkələr insanları yoldan çıxarıb…” - İlahiyyatçıdan ŞOK AÇIQLAMA

“Cadunun kimyəvi düsturu var, sosial şəbəkələr insanları yoldan çıxarıb…” - İlahiyyatçıdan  ŞOK AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

Azərbaycanın uğurlu enerji siyasəti - İtaliya etibarlı tərəfdaşımızdır!

Azərbaycanın uğurlu enerji siyasəti - İtaliya etibarlı tərəfdaşımızdır!
DAVAMIN OXU davamın oxu

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır? - AÇIQLAMA

Qazaxın 4 kəndi Azərbaycana qaytarılır? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

"Rusiya Zatulinin təxribatçı fikirlərinə görə Azərbaycana açıqlama verməlidir"

DAVAMIN OXU davamın oxu

Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir - AÇIQLAMA

Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu