Əsas məzmuna keç

Ermənistanda hərbi hissələrdə rüşvət, dələduzluq, oğurluq və sui-istifadə hallarının üstü açılıb

Ermənistanda hərbi hissələrdə rüşvət, dələduzluq, oğurluq və sui-istifadə hallarının üstü açılıb

bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsindən bildirilib. Məlumata görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində baxılan...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən alma, , və vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının açılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsindən bildirilib.

Məlumata görə, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsində baxılan çoxsahəli cinayət işlərində Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən külli miqdarda dələduzluq, mənimsəmə və vəzifə saxtakarlığı, habelə rüşvət alma halları aşkar edilib.

Müəyyən edilib ki, 2018-ci ildə Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin maliyyə xidmətinin rəisi hərbi hissə üçün nəzərdə tutulan qazın istehlakına görə ödənilməli olan məbləğləri oğurlamaq məqsədi ilə dələduzluq edərək hərbi hissəyə ayrılmış qazın istifadə olunmamış hissəsinin satılması, alınan vəsaitin bir hissəsinin geri qaytarılması barədə “Qazprom Ermənistan” şirkətinin nümayəndəsi ilə razılığa gəlib. Bununla da dövlətə 21 000 000 dram (92 000 manat) ziyan dəyib.

Bu hərbi hissənin maliyyə xidmətinin rəisi baş mühasibin həyat yoldaşını həmin hərbi hissədə klub rəhbəri vəzifəsinə təyin etməsi üçün ondan 1000 ABŞ dolları rüşvət tələb edərək alıb.

Hərbi hissələrdə baş vermiş bu kimi cinayət əməlləri ilə bağlı cinayət işlərinin istintaqı artıq başa çatıb. Bu işlər ittiham üçün Prokurorluğa təqdim edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…