Operativ Məlumat Mərkəzi

Ermənistanda daşqında üç nəfər ölüb

1 dəq
Paylaş:
Ermənistanda daşqında üç nəfər ölüb
bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. “Fəlakət zonasında üç qurban var. Xilasedicilər Sanain körpüsünün yaxınlığında naməlum vətəndaşın...

Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Fəlakət zonasında üç qurban var. Xilasedicilər Sanain körpüsünün yaxınlığında naməlum vətəndaşın meyitini çıxarıblar. Hağtanak kənd sakini 1948-ci il təvəllüdlü Avaq Avaqyanın meyiti Ayrım kəndindəki futbol meydançasının yaxınlığından çaydan çıxarılıb. 1985-ci il təvəllüdlü Sarıbek Balyanın meyiti Şınıx kəndi yaxınlığında çaydan çıxarılıb”, – DİN-in məlumatında qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər