Əsas məzmuna keç

Ermənistan XİN başçısı: "Vaşinqton görüşündə sülh müqaviləsinin iki maddəsi razılaşdırılıb"

Ermənistan XİN başçısı: "Vaşinqton görüşündə sülh müqaviləsinin iki maddəsi razılaşdırılıb"

Rəsmi Bakı və İrəvan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşdə müqaviləsinin iki maddəsini razılaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın naziri Ararat İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, digər maddələr ətrafında səmimi danışıqlar olub: “Biz qalan maddələr haqqında səmimi danışa bildik. Danışıqlar zamanı tərəflərin bir-birini daha yaxşı başa düşdüklərini də qeyd etmək istərdim”.

A.Mirzoyan əlavə edib ki, ən mürəkkəb və problemli məsələlərdə tərəflərin mövqeləri bir-birindən çox uzaqdır.

Nazir bildirib ki, dövlət sərhədinin delimitasiyası məsələsində müəyyənlik üçün vacibdir. Onun sözlərinə görə, regionda kommunikasiyalarının açılması məsələsində Bakı və İrəvanın mövqeləri yaxındır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…