Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişi imzalamaq üçün real imkan var

Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişi imzalamaq üçün real imkan var
11.06.2024 12:01
Aa
dəq

Azərbaycanla regionda uzunmüddətli sülhü bərqərar edə biləcək sülh sazişinin imzalaması üçün real imkan var.

"Operativ Məlumat Mərkəzi-OMM" “Aysor.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynın iştirakı ilə ABŞ-Ermənistan Strateji Dialoqunun yekun iclasında deyib.

“Bir daha təsdiqləmək istərdim ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması və 1991-ci il Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin demarkasiyası prosesinə sadiqdir. Sülh sazişinin layihəsini başa çatdırmaq üçün real imkan, tarixi şans var. Onun imzalanması regionda uzunmüddətli sülh üçün yeni qapı aça bilər”, - A.Mirzoyan bildirib.

O, həmçinin qeyd edib ki, Ermənistan ölkələrin suverenliyinə, səlahiyyətlərinə, bərabərlik və qarşılıqlılıq prinsiplərinə tam hörmət əsasında bütün regional kommunikasiyaların açılmasında maraqlıdır.

Nazir bildirib ki, İrəvan və Vaşinqton arasında iqtisadiyyat və enerji sektorlarında diversifikasiyaya yönəlmiş geniş spektrli konkret addımlar və proqramlar, müdafiə sahəsində əməkdaşlıq müzakirə olunur.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu