Ermənistan siyasi səbəblərə görə Moskvadan “qopmaq” və Ukraynaya dəstək məqsədilə taxılının bir hissəsini Kiyevdən almağa çalışır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu məlumat yayıb.
Bəyanatda qeyd olunur: “Uzun illərdir ki, Ermənistan Rusiyadan taxıl alıb. İndi isə, siyasi səbəblərə görə, ermənilər, sanki, Moskvadan "qopmaq" və Ukraynaya tələb olunan taxılının bir hissəsini "müstəqil" ölkədən almaqla kömək etmək istəyirlər”.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan malların Azərbaycan vasitəsilə dəmir yolu ilə idxal edilməsi üçün yeni sorğuların daxil olduğunu açıqlamışdı.
Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, 2026-cı ilin yanvar ayının sonuna qədər Azərbaycan və Gürcüstan vasitəsilə dəmir yolu ilə Ermənistana 132 vaqon Rusiya buğdası çatdırılacaq.