Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, ölkə hakimiyyəti müxalifətin etirazları fonunda növbədənkənar seçkilərin keçirilməsi imkanını müzakirə etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
"Biz bu məsələni müzakirə etməmişik və müzakirə etməyəcəyik", - deyə Simonyan vurğulayıb.