Ermənistan ərazisində Fransanın bazası var?- ŞƏRH

Ermənistan ərazisində Fransanın bazası var?- ŞƏRH
13.11.2023 18:32
Aa
dəq

Beynəlxalq müstəvidə Ermənistan-Azərbaycan danışıqlarında özünü vasitəçi kimi təqdim etməyə və bunun üçün müəyyən "səylər" göstərməyə çalışan Fransa bu günlərdə Ermənistana növbəti silah partiyasını ötürüb.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında ekspert Yeganə Hacıyeva bildirib.

"Ermənistan və Fransa Xarici İşlər Nazirlərinin, həmçinin Müdafiə Nazirlərinin imzaladığı razılaşmalara görə, məhz Ermənistana Fransa silahlarının ötürülməsini bir neçə partiya üzrə həyata keçirəcək. Bunlardan da biri bu günlərdə baş tutub. 

Ancaq burada maraqlı məqamlardan biri məhz Cənubi Qafqaz kimi strateji regionda Fransanın Ermənistanı kimin əleyhinə silahlandırması sualı yaranır ki, bu da çox düşündürücüdür. Nəzərə alsaq ki, Ermənistan məhz Cənubi Qafqazda 3 ölkədən, həmçinin də bu regionda ümumiyyətlə işğalçı tək dövlətdir. 30 ilə yaxın Azərbaycanın torpaqlarını işğal altında saxlayıb. Elə 90-cı illərdə də məhz Azərbaycanın torpaqlarını kənar qüvvələrin, ölkələrin iştirakı ilə işğal etmişdir. 

Bu mərhələdə də eynilə Ermənistanın silahlandırılması artıq işğalçı revanşist ab-havada olan Ermənistanın növbəti mərhələ üçün silahlanaraq, bu silahların daha sonra kimə qarşı istifadə olunacağı sual doğurur. Bu istiqamətdə Ermənistan rəhbərliyinin Fransaya son aylarda ard-arda davam edən silsilə səfərləri, həmçinin Fransanın Xarici İşlər Nazirinin Ermənistana səfəri irəlidə daha ağır silah ötürülməsi ilə bağlı sazişlərin çox qısa bir müddət üçün həyata keçirilməsi ilə bağlı görüntü var. Əlbəttə ki, burda vacib məqamlardan biri də, bu silahların doğurdanmı Ermənistan Müdafiə Nazirliyinə verilir və yaxud da Ermənistan ərazisində Fransanın hər hansısa bir bazası olacaq kimi sual yaradır. Çünki Ermənistanın artıq 102-ci baza öz ərazisində var və nəzərə alsaq ki, bu dövlətin özünümüdafiə təcrübəsi və adət-ənənəsi yoxdur.

Ermənistan dövləti həmişə Rusiyanın hesabına özünün sərhədlərini qoruyub, günü bu gün də 102-ci baza Ermənistan dövlətinin müdafiə sənayesinin ən vacib bəndlərindən biridir. Buna görə Fransanın məhz Ermənistan ərazisindəki daşınan bu silahların Fransanın hər hansısa bazasında olub-olmayacağı ilə bağlı narahatlıqlar ətrafdakı ölkələrdə də yaratmaqdadır. Fikirləşirəm ki, bu sual sadəcə Azərbaycanı deyil, eynilə həm Rusiyanı, həm də İranı da narahat etməlidir.  Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Biz əsgərlərimiz sayəsində sərhədlərimizi möhkəmləndirib, ən yüksək səviyyədə səfərlərimizin təhlükəsizliyini təmin etmişik. Ancaq Fransanın Ermənistana ötürdüyü silahla başqa bir qonşusuna qarşı istifadə olunmayacağı ilə bağlı müəyyən sazişlərdə bəndlər var".

Aminə Nəzərova

Həftənin ən çox oxunanları

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir

Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir
DAVAMIN OXU davamın oxu

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu