Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb

Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb
12.03.2023 19:30
Aa
dəq

Ermənistan Praqa və Soçi sənədləri ilə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Report"a müsahibəsində bildirib.

"Ermənistanın 30 illik işğalına, etnik təmizləməyə və kütləvi dağıntılara baxmayaraq, Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsindən az sonra sonra xoş niyyət nümayiş etdirərək ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında sülh gündəliyini irəli sürmüşdür. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqlar və Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar bir-birindən tamamilə ayrı iki xəttdir", - Hikmət Hacıyev vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi qeyd edib ki, bu xüsusda, 2022-ci ildə Azərbaycan əsas mahiyyəti ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınmasından ibarət olan və sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur 5 prinsipini Ermənistana təqdim edib: "2022-ci ilin oktyabr ayında Praqa və Soçidə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan 1991-ci il Almatı bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı şəkildə tanıdıqlarını bəyan etmişdir. Almatı bəyannaməsi ilə yeni müstəqillik qazanmış ölkələr SSRİ dövründə keçmiş müttəfiq respublikaların inzibati sərhədlərini tanıyırlar. Beləliklə, Praqa və Soçi sənədləri ilə Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımışdır".

Həftənin ən çox oxunanları

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu