Operativ Məlumat Mərkəzi

Ermənistan Aİ ilə əməkdaşlığa dair yeni sənəd hazırlayır

1 dəq
Paylaş:
Ermənistan Aİ ilə əməkdaşlığa dair yeni sənəd hazırlayır
bunu Milli Məclisin Avropa inteqrasiyası məsələləri üzrə Daimi Komissiyasının iclasında xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib....

Ermənistan iyul ayında imzalanması planlaşdırılan Avropa İttifaqı ilə əməkdaşlığa dair yeni sənəd hazırlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclisin Avropa inteqrasiyası məsələləri üzrə Daimi Komissiyasının iclasında xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

"Ermənistan - Aİ-nin hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında Saziş tam həyata keçiriləcəyi təqdirdə, biz, həqiqətən, Aİ-yə üzv olmaq üçün namizəd ölkənin hazırlığı statusuna malik olacağıq. Bununla yanaşı, yeni əməkdaşlıq istiqamətləri və yeni proqramlar hazırlanır ki, bu da ötən ilin noyabrında keçirilmiş tanışlıq missiyası nəticəsində yaranıb. İndi bu iki proses və siyasi yaxınlaşmamızın ifadəsi ilə yanaşı, yeni sənəd hazırlanır, bununla bağlı bəzi məsələlər Ermənistan-Aİ tərəfdaşlıq Şurasında və digər iş səviyyələrində müzakirə olunub".

Bu xəbəri paylaş

Oxşar xəbərlər