Əsas məzmuna keç

Ermənilər mülki aviasiya vasitələrimizə yenidən radiomaneələr tətbiq ediblər

Ermənilər mülki aviasiya vasitələrimizə yenidən radiomaneələr tətbiq ediblər

HƏRBİ

21 Avqust , 2023 12:38

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS naviqasiya sistemlərinə qarşı sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki qeyri-qanuni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi yenidən intensivləşib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə təhdid yaratmaq məqsədilə qanunsuz silahlı birləşmələr növbəti təxribata əl atıb.

Belə ki, avqustun 21-i saat 10:15-dən 10:23-dək Füzuli-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının ATR-45 tipli sərnişin təyyarəsinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Faktla bağlı Rusiya sülhməramlı kontingentinin komandanlığının tərəfimizdən məlumatlandırılmasına baxmayaraq bu günədək heç bir tədbir görülməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…