ABŞ Qarabağ ermənilərini Azərbaycanla danışıqlar aparmağa məcbur edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "RİA Novosti" Vaşinqtondakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Vaşinqton ultimatum şəklində Qarabağın erməni nümayəndələrini amerikalı koordinatorun iştirakı ilə Azərbaycan tərəfi ilə tezliklə üçüncü ölkədə görüşə razılaşmağa məcbur edir", - deyə mənbə qeyd edib.
Qeyd olunub ki, təklifdən imtina ediləcəyi təqdirdə Azərbaycan tərəfi antiterror əməliyyatı keçirəcək.