Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Haaland "Mançester Siti"dən ayrıla bilər: Norveçli ulduzun gələcəyi qeyri-müəyyəndir

2 dəq
Paylaş:
Haaland "Mançester Siti"dən ayrıla bilər: Norveçli ulduzun gələcəyi qeyri-müəyyəndir

İngiltərənin "" klubunun və Norveç yığmasının ulduz futbolçusu Erling Haalandın komandanı tərk etmək ehtimalı gündəmə gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" İspaniya mediasına istinadən xəbər verir ki, skandinaviyalı bombardir baş məşqçi Xosep Qvardiolanın postunu tərk etməsindən sonra klubdakı gələcəyi ilə bağlı ciddi şübhələr yaşayır.

Məlumata əsasən, 25 yaşlı komandanın yeni rəhbərlik altında, xüsusilə Enso Mareskanın rəhbərliyi ilə həyata keçirəcəyi layihənin effektivliyini müşahidə edəcək.

Yalnız bundan sonra futbolçu karyerası ilə bağlı yekun qərarını verəcək. Hazırda Haalandın potensial transferi üçün adı hallanan klublar arasında İspaniyanın nəhəngləri - "" və "Barselona" ön plandadır.

Xatırladaq ki, 2022-ci ilin yayından etibarən "Mançester Siti"nin şərəfini qoruyur. Onun klubla olan hazırkı müqaviləsi 2034-cü ilin iyun ayına qədər nəzərdə tutulub. Transfer bazarında dəyəri 200 milyon avro olaraq qiymətləndirilən ulduz oyunçunun gələcək addımları ictimaiyyətində böyük maraqla gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax