Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ərdoğan: Türkiyə “F-35” proqramına qayıtmaq üçün ABŞ vədinin icrasını gözləyir

2 dəq
Paylaş:
Ərdoğan: Türkiyə “F-35” proqramına qayıtmaq üçün ABŞ vədinin icrasını gözləyir

Ərdoğan: Türkiyə “F-35” proqramına qayıtmaq üçün ABŞ-dən verilən vədin icrasını gözləyir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Türkiyə Prezidenti “Əl-Cəzirə” telekanalına müsahibəsində münasibətlər və regiondakı vəziyyətlə bağlı verib.

Ərdoğan ABŞ Prezidenti Donald Trampdan Türkiyənin “F-35” proqramına yenidən daxil edilməsi ilə bağlı konkret vəd aldığını və bu vədin icrasını gözlədiklərini bildirib.

Türkiyə lideri və Pakistanla imzalanan “Məkkə Sazişi”nin dünyaya mühüm mesaj verdiyini qeyd edib. O, gələcəkdə bu formatının genişləndirilə biləcəyini, Misirin də prosesə qoşulmasının mümkün olduğunu söyləyib.

Suriya ilə bağlı danışan Ərdoğan Şamla münasibətlərin normallaşdırılmasının vacibliyini vurğulayıb və yaxın gələcəkdə Suriyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.

Qəzza məsələsinə də toxunan Türkiyə Prezidenti beynəlxalq ictimaiyyəti daha qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb. O, “Qəzzanı təkbaşına buraxa bilmərik” deyərək, HƏMAS-ın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini, İsrailin isə hücumları davam etdirməklə sülhə mane olduğunu bildirib.

Avropa İttifaqı ilə münasibətlərə gəlincə, Ərdoğan Aİ-nin Türkiyəni üzvlüyə qəbul etmək istəmədiyini deyib. Prezident bunun artıq Ankara üçün əsas prioritet olmadığını vurğulayaraq, bu prosesdə itirən tərəfin Avropa olacağını qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax