Operativ Məlumat Mərkəzi

Ərdoğan Şuşanın İƏT-in mədəniyyət paytaxtı seçilməsinə görə Azərbaycan xalqını təbrik edib

1 dəq
Paylaş:
Ərdoğan Şuşanın İƏT-in mədəniyyət paytaxtı seçilməsinə görə Azərbaycan xalqını təbrik edib
bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib. Türkiyə Prezidenti deyib ki,...

Türkiyə bərpa olunan enerji sahəsində təcrübəsini paylaşmağa hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə görüşündə bildirib.

Türkiyə Prezidenti deyib ki, Azərbaycanda Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı sənədlərin təsdiqlənməsi Türkiyədə son mərhələdədir: “Əməkdaşlığın artırılması hamımız üçün faydalıdır. İƏT-in 2035-ci ilə qədər inkişafı müəyyənləşdirəcək Strategiyasından gözləntimiz böyükdür və sənədin tezliklə qəbulunu dəstəkləyirik”.

Rəcəb Tayyib Ərdoğan Şuşanın 2026-ci il İƏT-in mədəniyyət paytaxtı seçilməsi münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər