Operativ Məlumat Mərkəzi

Ərdoğan Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib

1 dəq
Paylaş:
Ərdoğan Ramazan bayramı münasibətilə İlham Əliyevi təbrik edib
bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib,...

Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Türkiyə Prezidenti dövlətimizin başçısını Ramazan bayramı münasibətilə təbrik edib, xalqımıza firavanlıq arzularını çatdırıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirərək, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı bayram münasibətilə təbrik edib, Türkiyə xalqına əmin-amanlıq arzulayıb.

Dövlət başçıları telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər