Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nobel Sülh mükafatına namizəddir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Nobel institutunun rəsmi saytı məlumat yayıb.
Ərdoğanın Rusiya və Ukrayna arasında sülh yaratmaq, həmçinin "Taxıl dəhlizi"nin açılmasında göstərdiyi səylərə görə bu mükafata namizədliyi qeydə alınıb.
Bundan əlavə, siyahıda NATO baş katibi Yens Stoltenberq, Ukrayna prezidenti Volodimir Zelenski, Rusiya müxalifət lideri Aleksey Navalni kimi adlar da yer alıb.
Qeyd edək ki, qaliblərin adı dekabrın 10-da Norveçin paytaxtı Osloda açıqlanacaq.