Ərdoğan İlham Əliyevi təbrik edib

Ərdoğan İlham Əliyevi təbrik edib
27.05.2023 15:55
Aa
dəq

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident, əziz Qardaşım!

Müstəqillik Günü münasibətilə xalqım adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm. Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük.

Türkiyədə baş verən zəlzələlərdən sonra "kədəriniz kədərimizdir" anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürümü bildirirəm.

Zati-alinizin həmrəylik göstərmək üçün şəxsən ölkəmizə səfəri aramızdakı möhkəm tellərin ən bariz göstəricisi olmuşdur. Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq.

Zəlzələdə həyatını itirən azərbaycanlı qardaş və bacılarımıza görə bir daha başsağlığı verirəm.

"Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.

Fürsətdən istifadə edərək, Zati-alinizin cansağlığı və xoşbəxtliyi, dost və qardaş Azərbaycan xalqının rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı bir daha çatdırıram".

Həftənin ən çox oxunanları

İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq
DAVAMIN OXU davamın oxu

Azərbaycanın bəzi beynəlxalq katibliklərlə imzaladığı Razılaşma təsdiqlənib

Azərbaycanın bəzi beynəlxalq katibliklərlə imzaladığı Razılaşma təsdiqlənib
DAVAMIN OXU davamın oxu

Azərbaycanla Efiopiya arasında imzalanmış Anlaşma Memorandumu təsdiq edilib

Azərbaycanla Efiopiya arasında imzalanmış Anlaşma Memorandumu təsdiq edilib
DAVAMIN OXU davamın oxu

"Ermənistanda artan sürətli hərbiləşmə narahatlıq mənbəyidir"

DAVAMIN OXU davamın oxu

Ceyhun Bayramov: ATƏT fəaliyyətini günümüzün reallıqlarına uyğun qurmalıdır

Ceyhun Bayramov: ATƏT fəaliyyətini günümüzün reallıqlarına uyğun qurmalıdır
DAVAMIN OXU davamın oxu