Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistana səfərə gedir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, prezident 8-10 sentyabrda keçiriləcək 18-ci G20 Liderlərinin Zirvə toplantısında iştirak edəcək.
Qeyd olunub ki, Ərdoğan sammit çərçivəsində bir neçə ölkənin dövlət və hökümət başçıları ilə görüşəcək.