Operativ Məlumat Mərkəzi

Ərdoğan: "Azərbaycan Prezidenti ilə birlikdə əsasını qoyduğumuz İƏT Gənclər Forumu geniş coğrafiyaya yayılıb"

1 dəq
Paylaş:
Ərdoğan: "Azərbaycan Prezidenti ilə birlikdə əsasını qoyduğumuz İƏT Gənclər Forumu geniş coğrafiyaya yayılıb"
bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasına göndərdiyi videomüraciətdə deyib....

2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə əsasını qoyduğumuz Gənclər Forumu getdikcə daha çox inkişaf edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun 5-ci Baş Assambleyasına göndərdiyi videomüraciətdə deyib.

O bildirib ki, Gənclər Forumu bu gün Asiyadan Afrikaya, Amerikadan Ərəbistan yarımadasına qədər geniş coğrafiyaya yayılıb: “Gənclərimizin fəaliyyətini bir çox prosesə, o cümlədən Qəzzadakı müharibəyə münasibətində görürük. İslam ölkələri olaraq Yaxın Şərqlə bağlı diplomatik səylərimizi davam etdiririk”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər