Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

2 dəq
Paylaş:
İngiltərə millisi yarımfinala vəsiqə qazanıb

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinin daha bir keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mundialın əsas favoritlərindən hesab olunan İngiltərə millisi 1/8 finalda Braziliyanı mübarizədən kənarlaşdıran Norveçlə qarşılaşıb. Mayamidəki “ Rok” stadionunda təşkil olunan qarşılaşma ingilislərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Hesabı 36-cı dəqiqədə Norveç millisinin hücumçusu Andreas Şelderup mükəmməl qolla açıb. İlk hissəsinin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə tarazlığı bərpa edib. Əlavə vaxtda (93-cü dəqiqə) daha bir qol vuran Bellingem İngiltərə yığmasını yarımfinala yüksəldib.

1/4 finalın sonuncu oyunu vaxtı ilə saat 05:00-da Argentina və İsveçrə yığmaları arasında olacaq. Bu cütün qalibi yarımfinalda İngiltərə ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl Fransa və İspaniya milli komandaları yarımfinala vəsiqə qazanıblar. Mundiala iyulun 19-da yekun vurulacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax