Ən faydalı otaq bitkiləri

Ən faydalı otaq bitkiləri
02.03.2023 14:33
Aa
dəq

Ən qədimdən insanlar öz evlərini bitkilələ  bəzəməyi seviblər. Onların faydalarını, müalicəvi təsirlərini hiss ediblər. Bəzi bitkilər evin havasını təmizləyir, insan orqanizmi üçün faydalı mikro-klimat yaradır. Bilmək lazımdır kı, bəzi bitkilər, məsələn kalendula, qeran və ya primula – allerqiya yarada və ya halsızlığa səbəb ola bilər. Bu əlbəttəki bütün insanlara aid deyil. Sadəcə bəzi insanlar var ki, onlar bitkilərə qarşı çox həssasdırlar.

Amma elə bitkilər var ki, onlar ziyanlı deyil, əksinə olduqca xeyirlidirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" müalicəvi bitkilərin ən xeyirlilərini təqdim edir.

1. Aloe (yüzillik);  Bu - antibakterial, anti-iltihab, ödqovucu, yanığa qarşı, yara sağaldan – şəfa vericisidir.

2. Kalanxoe – ev həkimi sayılır. Onun şirəsi bütün yaraları, iltihabları müalicə edir.

3. Cövhərnanə - bu bitkinin ətiri əsəb sisteminə müsbət təsir göstərir, yorğunluğu sakitləşdirir. Xüsusilə kompyuter arxasında çox vaxt keçirən insanlar üçün xeyirlidir. Bunun üçün cövhərnanə əkilmiş dibçəyi və ya içində cövhərnanə olan qabı kompyuterin yaxınlığında qoymaq tövsiyə edilir.

4. Limon – bu bitkini yalnızca meyvələri üçün yetişdirmək lazım deyil. Limon ağacının yarpaqları 85 müalicəvi maddə ifraz edir ki, buda otağın havasını təmizləyir. Bu ağac vitamin küpüdür,  yerləşdiyi otaqda olan bütün mikrobları məhv edir.

5. Rozmarin – otaq üçün faydalı bitkilərdən biridir. Bronxit, astma, tənəffüs orqanlarında problemi olan insanlar üçün bu ideal bitkidir.

6. Fikus -  Toksinləri tutur, havanı oksigenlə zənginləşdirir və hətta nəmləndirir. Bundan əlavə, fikus havada olan zərərli mikroorqanizmləri öldürmək qabiliyyətinə malik olan fitonsid ifraz edir. Bitkinin enli yarpaqları tozu tutub saxlayır. Fikus bitkisi böyük otaqlar, mətbəx və yaxşı havalandırılan məkanlar üçün daha uyğundur. 

Bütün bu bitkilər otağın havasını təmizləyir, havada olan toksinləri məhv edir, insanları daha sakit və xoşbəxt edirlər.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu