Operativ Məlumat Mərkəzi

Əmri Putin verib, yoxsa Şoyqu? - Priqojinin ölümü ilə bağlı detallar

3 dəq
Paylaş:
Əmri Putin verib, yoxsa Şoyqu? - Priqojinin ölümü ilə bağlı detallar
rusiyalı jurnalist Andrey Zaxarov bildirib ki, hərbi qiyamdan sonra Yevgeni Priqojinlə iki dəfə üz-üzə görüşən Putin köhnə dostuna şərt təklif edib....

Xəbər verdiyimiz kimi, "Vaqner"in liderinin ölümünü DNT testləri ilə təsdiqlədi, lakin özəl təyyarənin qəzaya uğramasından əvvəl ortaya çıxan məqam dünyada səs-küy yaradıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rusiyalı jurnalist Andrey Zaxarov bildirib ki, hərbi qiyamdan sonra Yevgeni Priqojinlə iki dəfə üz-üzə görüşən Putin köhnə dostuna şərt təklif edib.

Araşdırmaçı jurnalist Andrey Zaxarova qeyd edib ki, iyunun 24-də baş verən hərbi qiyamdan sonra Vladimir Putin və "Vaqner" qrupunun lideri ən azı iki dəfə görüşüblər. İkinci görüşdə Putin köhnə dostuna şərt qoyub. Priqojin Rusiya və Ukrayna məsələsi ilə deyil, Afrikda və Suriya ilə maraqlanmaldır.

Yevgeni Priqojin üsyandan sonra yaydığı ilk videomüraciətdə çox güman ki, Afrikada olub və o, sözügedən video çəkilişdən cəmi iki gün sonra dünyasını dəyişib.

Rusiya lideri Putin "Vaqner"in rəhbərinə xaricdə fəaliyyət göstərməyə icazə versə də, Rusiya Müdafiə Nazirliyi qruplaşmanın Suriya və Afrikadakı hərəkətlərinin qarşısını alıb. Sergey Şoyqunun müavini Yunus-bek Yevkurov təyyarənin qəzaya uğramasından bir qədər əvvəl Suriyada olub. Sözügedən səfərdən sonra Suriya hakimiyyəti "Vaqner" Qrupunun muzdlularından sentyabrın sonuna qədər ölkəni tərk etmələrini istəyib.

Müdafiə naziri Şoyqu bununla da kifayətlənməyib, o, "Vaqner" qrupunun istifadə etdiyi təyyarələrin Suriyanın paytaxtı Dəməşqə enməsinə mane olmağa çalışıb. Şoyqu xarici işlər naziri Sergey Lavrovdan Dəməşq səfirliyi vasitəsilə bu əmri verməsini istəyib.

Üstəlik, "Vaqner"ə Rusiya təyyarələrindən sursat və muzdluların çatdırılması üçün istifadə etmək artıq qadağan edilmişdi.

Sergey Şoyqunun müavini Yevkurov Suriyadan Liviyaya gedib və Şimali Afrika ölkəsi ilə də analoji əlaqələr qurub. Yunus-bek Yevkurov Liviyadakı Xəlifə Haftarla görüşüb və "Vaqner" qrupunu Rusiya ordusu birlikləri ilə əvəz etməyi təklif edib.

Bunun fonunda Yevgeni Priqojin Malidən öz komandirləri ilə Rusiyanın paytaxtı Moskvaya uçub. Moskvada o, Təhlükəsizlik Şurasının üzvü ilə azı bir saat görüşüb. Sonra çərşənbə günü günortaya doğru şəxsi təyyarəsinə minib və Sankt-Peterburqa uçan təyyarənin göyərtəsində olanlardan 7-si "Vaqner" qrupunun yüksək rütbəli üzvləri, 3-ü isə ekipaj üzvü olub.

Jurnalistin fikrincə, Kremlə Priqojinin məhv edilməsi lazım idi və bunu da etdi.

Priqojinin yaşaması həm Pütin üçün, həm də Şoyqu üçün təhlükəli idi.

Məlik Məlikov

Bu xəbəri paylaş

Oxşar xəbərlər