Operativ Məlumat Mərkəzi

Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə dəvət olunub

1 dəq
Paylaş:
Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə dəvət olunub
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə dəvət olunub. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Azərbaycan...

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana dövlət səfərinə dəvət olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 18-də Tacikistanın yeni səfiri İlxom Abduraxmonun etimadnaməsini qəbul edərkən bildirilib.

Səfir Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Tacikistan Prezidentinə çatdırmağı xahiş edib və Prezident Emoməli Rəhmonu Azərbaycana dövlət səfərinə dəvət edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər