Emoməli Rəhmon: “Azərbaycan Prezidentinin tədbirdə iştirakı iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək”

Emoməli Rəhmon: “Azərbaycan Prezidentinin tədbirdə iştirakı iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək”
14.09.2023 16:05
Aa
dəq

“Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Tacikistanla əlaqələrin inkişafına töhfə verəcək”.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik-Tacikistan”a istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan dövlət başçısı İlham Əliyev ilə görüşdə deyib.

“Azərbaycan rəhbərinin Mərkəzi Asiya Dövlət Başçılarının tədbirində iştirakı iki ölkə arasında münasibətlərin inkişafında əsas amillərdən birinə çevriləcək”, - o vurğulayıb.

Görüşdə tərəflər Tacikistan və Azərbaycan arasında əməkdaşlıq məsələlərini müzakirə edib və Prezident İlham Əliyevin 2023-cü ilin aprelində Düşənbəyə səfəri zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsinə dair müzakirələr aparıblar.

Bundan başqa, prezidentlər ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin gücləndirilməsini müzakirə ediblər.

Xatırladaq ki, sentyabrın 14-15-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilir.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu