Əsas məzmuna keç

Emin Əmrullayev Parisdə bir sıra görüşlər keçirib

Emin Əmrullayev Parisdə bir sıra görüşlər keçirib

UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti...

UNESCO-nun “ Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi UNESCO Baş direktorunun təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb.

Nazirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, görüşdə təbiət elmləri sahəsində birgə layihələrin həyata keçirilməsi və institusional tərəfdaşlıqların genişləndirilməsi imkanları müzakirə olunub.

Həmçinin COP29 çərçivəsində Elm və ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əldə edilmiş razılığa əsasən şagirdlərin iqlim savadlılığı üzrə göstəricilərinin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PISA) daxil edildiyini nəzərə alaraq bu istiqamətdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.

Bundan əlavə, STEAM layihəsi üzrə beynəlxalq təcrübə mübadiləsinin inkişaf perspektivləri dəyərləndirilib.

Nümayəndə heyəti daha sonra Mərakeşin , elmi tədqiqatlar və innovasiyalar naziri Azzedine El Midaoui ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…