Operativ Məlumat Mərkəzi

Emin Əmrullayev: "Elektron diplomlara keçid üçün qanunvericilikdə dəyişikliklər olunmalıdır"

1 dəq
Paylaş:
Emin Əmrullayev: "Elektron diplomlara keçid üçün qanunvericilikdə dəyişikliklər olunmalıdır"

"Elektron diplomlara keçid prosesi üzrə işlər davam edir".

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələrinin bütün məlumat sistemləri toplanılıb: "Burada tələbə qəbulu prosesi, təhsil alan tələbələr və tələbə-məzun məlumatları yer alır. Vətəndaşlar məlumat bazası ilə diplomların həqiqiliyini onlayn qaydada yoxlaya bilərlər".

Nazir bildirib ki, elektron diplomlara keçid prosesi üçün bəzi məlumatların digər qurumlardan inteqrasiya olunmasına ehtiyac var: "Eyni zamanda, elektron diplomlara keçid ilə bağlı qanunvericilikdə dəyişikliklər olunmalıdır. Nazirlik olaraq buna hazırıq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər