Əsas məzmuna keç

TƏBİB: Cavanşir Məmmədovla bağlı çağırışda həkiməqədər ölüm qeydə alınıb

TƏBİB: Cavanşir Məmmədovla bağlı çağırışda həkiməqədər ölüm qeydə alınıb

Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Bu...

Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TƏBİB-dən məlumat verilib.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün vəfat edib .

Xəbəri sayta onun duet ortağı Firuzə İbadova təsdiqləyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…