Əsas məzmuna keç

Əlverişsiz havaya görə bugünkü imtahanın vaxtı dəyişib

Əlverişsiz havaya görə bugünkü imtahanın vaxtı dəyişib

Bu gün səhər saatlarından etibarən Tofiq Bəhramov adına Respublika Stadionunda Bədən tərbiyəsi və idman istiqamətinə aid 62-ci komissiya üzrə xüsusi qabiliyyət imtahanı verməli olan abituriyentlərin vaxtı əlverişsiz ilə əlaqədar iyunun 30-na keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, iştirakçıların “İmtahana buraxılış vərəqəsi” onların şəxsi səhifələrinə yerləşdirilib.

Abituriyentlər imtahana gələrkən yeni tarixə uyğun çap etdikləri “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əsli və 086U formalı sağlamlıq haqqında arayışı təqdim etməlidirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…