Əsas məzmuna keç

Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

Elmi jurnalların nüfuzunun artırılması məqsədilə pilot layihəyə start verilib

və üzrə Dövlət Agentliyində (EATDA) beynəlxalq elmi bazalarda indekslənən və indekslənmə potensialı olan altı jurnalın baş redaktorları və redaksiya heyəti ilə görüş keçirilib. Görüşdə elmi jurnalların nüfuzunun artırılmasına yönəlmiş layihənin ilkin mərhələsi müzakirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xıbır verir ki, layihə Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə "Elsevier" və "Clarivate" şirkətləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Seçilmiş jurnalların göstəricilərinin yaxın illər ərzində yüksəldilməsi məqsədilə birgə fəaliyyət planlaşdırılır.

Görüş zamanı riyaziyyat, biologiya, mühəndislik, informasiya texnologiyaları, humanitar və sosial elmləri əhatə edən jurnalların tədqiqat istiqamətləri, inkişaf prioritetləri, müəssisələr tərəfindən görülməli işlər və gözlənilən nəticələr ətrafında fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…