Azərbaycanın FIFA referisi Əliyev Ağayev 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatına təyinat alıb.
"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Gürcüstanda keçiriləcək A və C qrupunun matçlarını idarə edəcək.
A qrupunda Gürcüstanla yanaşı Portuqaliya, Niderland və Belçika, C qrupunda İngiltərə, Almaniya, Çexiya və İsrail yığmaları mübarizə aparacaqlar.