Elçin Əmirbəyov: Bəzi Avropa İttifaqı rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır

Elçin Əmirbəyov: Bəzi Avropa İttifaqı rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır
14.02.2024 18:44
Aa
dəq

Bəzi Avropa İttifaqı rəsmilərinin Azərbaycanın ekspansionizmi ilə bağlı iddiaları əsassızdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Brussels Signal”a açıqlamasında Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Xidmətinin rəhbəri Cozep Borrelin Azərbaycan əleyhinə səsləndirdiyi iddialara münasibət bildirərkən deyib.

E.Əmirbəyov vurğulayıb ki, Azərbaycanın Ermənistan ərazisinə iddiası yoxdur.

Prezidentin nümayəndəsi qeyd edib ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir və ölkə bu yaxınlarda bütün ərazisi üzərində suverenliyini tam bərpa edib:

“Bu gün bizim Azərbaycanın Qarabağ bölgəsi var, ona görə də "Dağlıq Qarabağ" köhnəlmiş və işlək olmayan bir addır”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti “Qarabağ iqtisadi rayonu” ifadəsindən istifadə etməyə çağırır və regionun “Dağlıq Qarabağ” adlandırılmasının “qəbuledilməz” olduğunu bildirir.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu