Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ehud Barak: “Netanyahu nəzarəti tamamilə itirib”

2 dəq
Paylaş:
Ehud Barak: “Netanyahu nəzarəti tamamilə itirib”

İsrailin keçmiş hazırkı hökumət başçısı Binyamin Netanyahunun Türkiyəyə qarşı siyasətini sərt şəkildə tənqid edib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Clash Report”un yaydığı məlumata görə, Barak Suriyadakı aviasiya bazasına edilən hücumdan sonra Ankara ilə münasibətlərin daha da gərginləşdirilməsini “ehtiyatsız və ağılsız” addım adlandırıb.

Keçmiş Türkiyənin İran və ya Bəşər Əsədin Suriyası ilə müqayisə edilməsinin düzgün olmadığını bildirib. O, Ankaranın strateji əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Türkiyə ilə mövcud problemlərin ABŞ ilə koordinasiya və məxfi diplomatik danışıqlar vasitəsilə həll edilməsi mümkündür.

Barak Netanyahunun siyasətini sərt ifadələrlə qiymətləndirərək “tamamilə nəzarəti itirib” deyib.

Ehud Barak hesab edir ki, İsrail-Türkiyə münasibətlərindəki gərginliyin arxasında siyasi maraqlar dayanır.

Onun fikrincə, qarşıdan gələn seçkilər ərəfəsində cəmiyyətdə təhlükəsizliklə bağlı narahatlığı artırmaq və siyasi mövqelərini qorumaq məqsədilə Ankara ilə qarşıdurmanı dərinləşdirir.

Barakın qənaətinə görə, hazırkı hökumət başçısının əsas prioriteti İsrailin təhlükəsizliyindən daha çox siyasi gələcəyini qorumaqdır.

Qeyd edək ki, İsrailin keçmiş baş naziri də daha əvvəl Netanyahu hökumətini ölkəni zəiflətməkdə ittiham edib. Bennet öz hakimiyyəti dövründə İsraili “əla vəziyyətdə” təhvil verdiyini, hazırkı hökumətin isə qeyri-peşəkar siyasəti səbəbindən ölkənin informasiya müharibəsində ciddi zərbə aldığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə