Əhalinin hər 1000 nəfərinə nikahların sayı açıqlanıb

Əhalinin hər 1000 nəfərinə nikahların sayı açıqlanıb
13.09.2024 18:01
Aa
dəq

Cari ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 26 min 837 nikah və 12 min 370 boşanma halları qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin açıqladığı statistik məlumatda qeyd olunub. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,9-dan 4,5-ə düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Həftənin ən çox oxunanları