Operativ Məlumat Mərkəzi

Əfqanıstanın daha bir səfirliyi "Taliban"a verildi

1 dəq
Paylaş:
Əfqanıstanın daha bir səfirliyi "Taliban"a verildi

Əfqanıstanın Tehrandakı səfirliyi "Taliban" hərəkatına təhvil verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Taliban"ın sözcüsü Əbdül Kahhar Belhi öz "Twitter" hesabında paylaşım edib.

Belhi Əfqanıstanın Tehran səfirliyinə yeni diplomatların təyin edildiyini və səfirliyin bundan sonrakı fəaliyyətinin başqa tapşırıqlarla davam edəcəyini bildirib.

Qeyd edək ki, ötən il Əfqanıstanın Türkmənistan, Pakistan, Rusiya və Çindəki səfirlikləri də "Taliban"a təhvil verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər